Cüdoçularımız ilin son yarışına çıxacaqlar

Cüdoçularımız ilin son yarışına çıxacaqlar

Dekabrın 20-22-də İsraildə cüdo üzrə "Masters” turniri keçiriləcək. Turnirdə 58 ölkədən 350-dən çox cüdoçu qüvvəsini sınayacaq. Yarışda Azərbaycanı 13 idmançı təmsil edəcək. Belə ki, kişilər arasında Balabəy Ağayev, Kəramət Hüseynov, Turan Bayramov (60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (66 kq), Elcan Hacıyev, Səid Mollayi, Zelim Tçkayev (81 kq), Məmmədədli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq), qadınların yarışında isə Leyla Əliyeva (48 kq) mübarizə aparacaqlar.