Taekvondoçular ölkə birinciliyi və çempionatında bir araya gələcəklər

Taekvondoçular ölkə birinciliyi və çempionatında bir araya gələcəklər

Sabah taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatına start veriləcək. 4 gün davam edəcək yarış yeniyetmələrin mübarizəsi ilə başlayacaq. Onlar dayanq üzərinə dekabrın 20-21-də çıxacaqlar. Ardınca gənc taekvondoçular ölkənin ən güclülərini müəyyənləşdirəcəklər. Bu yaş kateqoriyasında döyüşlər dekabrın 22-23-nə təsadüf edəcək.

İlə böyüklər və parataekvoduçular arasında Azərbaycan çempionatı ilə yekun vurulacaq. Onlar dekabrın 24-də qüvvələrini sınayacaqlar.

Birincilik və çempionat Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək.

Döyüşlər hər gün saat 09:00-da başlayacaq.