Taekvondoçuların ölkə birinciliyi və çempionatı start götürdü

Taekvondoçuların ölkə birinciliyi və çempionatı start götürdü

Bu gün Abşeron Olimpiya İdman Kompleksində taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatına start verilib. Azərbaycan Taekvondo Federasiyası (ATF)və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək yarış yeniyetmələrin mübarizəsi ilə başlayıb. Onların bübarizəsinə dekabrın 21-də yekun vurulacaq. Ardınca gənc taekvondoçular ölkənin ən güclülərini müəyyənləşdirəcəklər. Bu yaş kateqoriyasında döyüşlər dekabrın 22-23-nə təsadüf edəcək.

2022-ci ilə böyüklər və parataekvoduçular arasında Azərbaycan çempionatı ilə yekun vurulacaq. Onlar dekabrın 24-də qüvvələrini sınayacaqlar.