Azərbaycan kubokunda dava düşdü

Azərbaycan kubokunda dava düşdü

Azərbaycan kubokunun 1/4 finalında "Turan Tovuz" və "Kəpəz" arasında keçirilən cavab oyununda insident yaşanıb.
Tovuzda oynanılan görüşün final fitinin ardından komandaların futbolçuları dava ediblər. Bu vaxt azarkeşlər meydançaya girməyə çalışıblar. Lakin həmin zaman polislər bunun qarşısını alıblar. Baş hakim Rəvan Həmzəzadə bir neçə oyunçuya qırmızı vərəqə göstərib.
Qeyd edək ki, görüş 2:2 hesabı ilə yekunlaşıb. Tovuz klubu ilk matçda 2:1 hesabı ilə qalib gəldiyi üçün yarımfinala yüksəlib.