Şəfəq Hüseynli: «Təhqiqat şöbəsi bu il 382 məsələ barədə araşdırma aparıb

Şəfəq Hüseynli: «Təhqiqat şöbəsi bu il 382 məsələ barədə araşdırma aparıb

Yola saldığımız ili Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) üçün beynəlxalq səviyyədə uğurlu olub. Bu sözləri AMADA-nın direktoru Şəfəq Hüseynli dekabrın 27-də təşkil olunan mətbuat konfransında qeyd edib.

AMADA- rəhbəri onu da bildirib ki, Pekin-2022 Qış Paralimpiya Oyunlarında antidopinq proqramı üzrə Ümumdünya Antidopinq Agentliyinin Müstəqil müşahidəçi qrupuna rəhbərliyin ilk dəfə Azərbaycan nümayəndə heyətinə həvalə edilib. AMADA təmiz idmanın təşviqi məqsədilə beynəlxalq arenada fəal iştirak edir. Agentliyin təşəbbüsü ilə Avropa Şurası çərçivəsində bir sıra layihələr icra olunub.

AMADA-nın Təhqiqat şöbəsi bu il 382 məsələ barədə araşdırma aparıb. Bunlardan 28-i antidopinq qayda pozuntusu üzrə tədqiqat, 43-ü məkan məlumatı xətası üzrə təhqiqat, 272-si dopinq nəzarəti protokolu üzrə yoxlamalar, 16-sı ifşa etmə məlumatları, 23-ü isə hədəfli testlər əsasında olub.