Naxçıvan Güləş Federasiyasının sədri Əməkdar məşqçi adına layiq görülüb

Naxçıvan Güləş Federasiyasının sədri Əməkdar məşqçi adına layiq görülüb

Naxçıvan Güləş Federasiyasının (NGF) sədri Faiq İsgəndərov fəxri ada layiq görülüb. Gənclər və İdman Nazirliyindənverilən məlumata görə, F.İsgəndərov “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” adına layiq görülüb.

2022-ci ilin dekabrında Azərbaycanı nüfuzlu beynəlxalq turnirlərdə uğurla təmsil edən idmançıları qəbul edən nazir Fərid Qayıbovla görüşdə iştirak edənlər arasında Faiq İsgəndərovla yanaşı, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı da olub.

Tədbirdə Gənclər və İdman Nazirliyinin Kollegiya qərarı ilə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adlarına, “Respublika dərəcəli hakim” adına layiq görülmüş bir sıra idman mütəxəssislərinə müvafiq döş nişanları və vəsiqələr təqdim olunub.

Qeyd edək ki, 25 ilə yaxındır güləşlə məşğul olan Faiq İsgəndərov idmançı kimi Azərbaycan birinciliyinin qalibi, beynəlxalq turnirlərin mükafatçısıdır. 2009-cu ildə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində məşqçi-müəllim kimi fəaliyyətə başlayıb, 2015-ci ildən etibarən məktəbin direktoru vəzifəsini icra edir. O, 2015-2022-ci illərdə NGF-nin sədr müavini kimi fəaliyyət göstərib.