“Sərhədçi”dən inamlı qələbə

“Sərhədçi”dən inamlı qələbə

“Sərhədçi” İdman Mərkəzində “Azərbaycan Basketbol Liqasında 13-cü turun oyunlarına start verilib. Turun açılış oyununda “Sərhədçi” və “Sabah” komandaları üz-üzə gəlib. Oyun “Sərhədçi” komandasının qələbəsi ilə yekunlaşıb -81:68.

Qeyd edək ki, 13-cü turun digər oyunlarında “Gəncə” - NTD, “Neftçi” - “Zirvə Astara”, “Olimpik Şəki” - “AAAF Xırdalan” qarşılaşmaları keçiriləcək. Görüşlər yanvarın 12, 14 və 15-də keçiriləcək.