“Sabah”dan növbəti qələbə

“Sabah”dan növbəti qələbə

Azərbaycan Basketbol Liqasında XV turun oyunları davam edir. Turun növbəti oyunu "Sərhədçi" İdman Mərkəzində "Sabah" və "Zirvə Astara" klubları arasında olub. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə "Sabah" basketbolçuları 75:71 hesablı qələbə ilə ayrılıblar.

Ən məhsuldar basketbolçular "Sabah"dan Entoni Patti (21 xal, 8 ribaund), rəqib komandadan isə Cerret Henderson (20 xal, 11 ribaund) olublar.