Paytaxt kubokunda 11 komanda mübarizə aparıb

Paytaxt kubokunda 11 komanda mübarizə aparıb


Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı şəhər stadionlarında futbol üzrə paytaxt kuboku keçirilib. Yarışda Bakı şəhərinin 11 rayon komandası iştirak edib. Ümumilikdə yarışda 203 nəfər yeniyetmə futbolçu mübarizə aparıb. Yarimfinalda Nərimanov rayon komandası Qaradağ rayon komandasına 4:3 hesabı ilə qalib gəlib. Binəqədi və Xəzər rayon komandaları arasında keçirilən oyunda isə hesab belə olub -1:2. Final oyununda Xəzər rayon komandası Nərimanov rayon futbolçularına qalib gəlib - 1:0. III-IV yerlər uğrunda mübarizə aparan Binəqədi və Qaradağ komandaları arasında keçirilən oyunda ikincilər 0:4 hesabı ilə üstün olublar. Yarışda I, II və III yerləri tutan komandaların üzvlərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar təqdim edilib.