AFFA klubları və futbolçunu cəzalandırdı

AFFA klubları və futbolçunu cəzalandırdı

Topaz Premyer Liqasının IX turunda baş verən hadisələrə AFFA İntizam Komitəsinin iclasında baxılıb.
Ən böyük məbləğdə cərimə "Qəbələ” klubuna verilib. Səbəb bu klubun azarkeşlərinin "Neftçi” ilə matçın 76-cı dəqiqəsində meydana kənar əşyalar atmasıdır. "Xəzər Lənkəran”la qarşılaşmada "Rəvan”ın, "Simurq”la görüşdə isə AZAL-ın 5 futbolçusuna sarı vərəqə göstərildiyi üçün paytaxt təmsilçiləri hərəyə 1000 manat ziyana düşüb.
Matçın 66-cı dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan "Sumqayıt”ın futbolçusu Ruslan Qurbanov 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.