"Bakı” klubunun prezidenti Hafiz Məmmədov Monako knyazı II Albertlə görüşüb. Klubun rəsmi saytının yaydığı məlumata görə, Fransa səfərində bir sıra məşhur simalarla görüşən klub rəhbəri knyazla "Hotel de Paris” hotelində bir araya gəlib.Hafiz Məmmədov II Alberti "Monako”nun yüksək liqaya çıxması münasibəti ilə təbrik edib və komandanın yeni uğurlar qazanacağına inandığını bildirib. Sonra knyaza Azərbaycan futbolu haqqında məlumat verilib.
II Albert isə Hafiz Məmmədovun "Lans”a göstərdiyi dəstəyi yüksək qiymətləndirib və bunun xalqlarımız arasında olan dostluq münasibətlərinin daha da inkişafına xidmət edəcəyini vurğulayıb.
Qeyd edək ki, Hafiz Məmmədov bundan əvvəl Didye Droqba və Radamel Falkao ilə də görüşmüşdü.