Çempionumuzun elit-raunddakı rəqibləri bəlli olub

Çempionumuzun elit-raunddakı rəqibləri bəlli olub

Ötən həftə futzal üzrə UEFA kubokunun elit-raundunun püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə qitənin 16 ən güclü klubunun rəqibləri müəyyənləşib.
Son illərin dəyişməz Azərbaycan çempionu "Araz”ın da növbəti 3 rəqibi məlum olub. Təmsilçimiz D qrupunda yer alıb.
Portuqaliyada təşkil olunacaq qrup oyunlarında Naxçıvan klubu yerli "Sportinq”, "Qyori” (Macarıstan) və "Eyndhoven” (Hollandiya) klubları ilə mübarizə aparacaq.
Qeyd edək ki, noyabrın 19-24-də keçiriləcək elit-raundda qrup qalibi olan komandalar "Dördlər finalı”na vəsiqə

qazanacaq.

A qrupu: "Barselona” (İspaniya), "Xrudim” (Çexiya), "Tırqu Mureş” (Rumıniya), "Lokomotiv” (Ukrayna);
B qrupu: "Dinamo” (Rusiya), "Litija” (Sloveniya), "Slov-Matik” (Slovakiya), "Ekonomak” (Serbiya);
C qrupu: "Kayrat” (Qazaxıstan), "VitEn” (Belarus), "Tulpar” (Qazaxıstan), "Tanqo” (Bosniya və Hersoqovina);
D qrupu: "Sportinq” (Portuqaliya), "Araz” (Azərbaycan), "Qyori” (Macarıstan) və "Eyndhoven” ((Hollandiya).