Dünən DÇ-2014-ün Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb. Gələn il Braziliyada keçiriləcək mundiala vəsiqə qazanmaq iddiasında olan 8 komandanın rəqibləri FİFA-nın Sürixdəki mənzil-qərargahında atılan püşkdə müəyyənləşib.
Püşk ərəfəsinə komandalar FİFA reytinqinə görə 2 səbətə bölünüb. Bu addım da nisbətən güclülərin bir-birilə qarşılaşmaması üçün atılıb. Avropa zonasının seçmə mərhələsində qrup ikincisi olan 8 komanda final mərhələsinə çıxmaq üçün son səddi adlamağa çalışacaq. Pley-off oyunları isə noyabrın 15-də və 19-da təşkil olunacaq.
Qeyd edək ki, artıq 21 komanda DÇ-2014-ün final mərhələsinə vəsiqə əldə edib. Bunlar Braziliya (meydan sahibi), Argentina, Avstraliya, Belçika, Bosniya və Hersoqovina, Çili, Kolumbiya, Kosta-Rika, Ekvador, İngiltərə, Almaniya, Honduras, İran, İtaliya, Yaponiya, Hollandiya, Rusiya, Cənubi Koreya, İspaniya, İsveçrə və ABŞ milliləridir.
DÇ-2014-ün pley-off mərhələsi
Avropa zonası
Portuqaliya - İsveç
Ukrayna - Fransa
Yunanıstan - Rumıniya
İslandiya - Xorvatiya