Paytaxtımız gimnastika üzrə ilin ilk beynəlxalq yarışına uğurla ev sahibliyi etdi

Paytaxtımız gimnastika üzrə ilin ilk beynəlxalq yarışına uğurla ev sahibliyi etdi

Fevralın 18-i və 19-da paytaxtımız gimnastika üzrə ilin ilk beynəlxalq yarışına, batut gimnastikası üzrə Dünya kubokuna ev sahibliyi edib.
Ölkəmizdə bu növ üzrə altıncı dəfədir ki, təşkil olunan Dünya kubokunda Azərbaycanla yanaşı, 15 ölkədən 62 gimnast fərdi və sinxron proqramda çıxış edib.
Yarış təmsilçimiz Selcan Mahsudovanın uğurlu çıxış ilə yadda qalıb.
Təsnifat mərhələsini özünəinamlı çıxışı ilə üçüncü pillədə başa vurararaq finala yüksələn idmançımız həlledici mərhələdə hakimlərdən 53.510 xal toplayaraq bürünc medala layiq görülüb.
Xatırladaq ki, idmançımız ötən il ölkəmizdə keçirilən Dünya kubokunda gümüş medala layiq görülərək Azərbaycanın batut gimnastikası tarixində qadınlar arasında fərdi növdə ilk medala sahib çıxmışdı.

Qadınlar arasında fərdi növdə ilk pillədə Braziliya təmsilçisi Kamilla Qomes (54,860 xal) qərarlaşıb. Fransalı Lea Labrousse (53,970 xal) isə gümüş medal qazanıb.
Kişi batutçuların fərdi yarışında Qazaxıstan təmsilçisi Daniel Mussabayev (59,240 xal) birinci olub. İspaniyalı Xorxe Martin 58,530 xalla gümüş, fransalı Allan Morante 58,270 xalla yarışı üçüncü pillədə başa vurub.
Braziliya təmsilçiləri Gomes Alice (qadınlar arasında), Dutra Rayan (kişilər arasında) icra üzrə ən yüksək xal toplayaraq “AGF Trophy” kubokuna sahib olublar.

Fərdi proqramda kişilər və qadınlar arasında qaliblərin mükafatlandırma mərasimindəgənclər və idman naziri Fərid Qayıbov və nazir müavini Mariana Vasileva da iştirak ediblər.
Qadınlar arasında sinxron batut proqramı üzrə Braziliya komandası 46.340 xalla 1-ci, Ukrayna cütlüyü 46.010 xalla 2-ci, ABŞ-2 komandası isə 44.500 xalla üçüncü pillədə qərarlaşıb.
Kişilər arasında sinxron batut proqramı üzrə Qazaxıstan-1 komandası 51.940 xallabirinci yeri tutub. Almaniya komandası 51.080 xalla ikinci, Portuqaliya komandası isə 50.730 xalla üçüncü olub.