Avropa Klubları Assosiasiyası (ECA) yeni Avropa liqasının yaradılacağı barədə xəbəri təkzib edib. Belə ki, ECA-nın UEFA ilə müqaviləsinin başa catacağı 2018-ci ildə 20 klubun qatılacağı yeni turnirin start götürəcəyi istisna olunmur.
ECA-da belə bir layihənin heç vaxt müzakirə olunmadığını və hazırda mövcud olan klub turlirlərindən razı olduqlarını bildiriblər. Qurumun prezidenti Karl-Heynz Rummenigge isə Avropanın superliqasının məhz Çempionlar Liqası olduğunu bəyan edib.
Yeri gəlmişkən, UEFA Çempionlar Liqası üçün aviadaşımalar sahəsində yeni sponsor axtarışındadır. Belə ki, Avropa Futbol İttifaqı 2015-2018-ci illər üçün turnirin daimi rəsmi sponsorlarının sayını altıdan 7-ə kimi artırmaq niyyətindədir.
"Emirates”, "Etihad Airways”, "Turkish Airlines”, "Qatar Airways” və "Aeroflot” kimi böyük aviaşirkətlərin UEFA ilə əməkdaşlıq etmək istədiyi bildirilir.
Xatırladaq ki, hazırda Çempionlar Liqasının altı sponsoru var: "Ford”, "PlayStation”, "UniCredit”, "MasterCard”, "Heineken” və "Qazprom”.