Basketbolçunun etirafı

Basketbolçunun etirafı

"Orlando” və "Hyuston” komandalarının keçmiş üzvü Treysi Makqredi əvvəlki formasını bərpa etmək üçün qadağan olunmuş dərmanlardan istifadə etməyi düşünürmüş.
Sən demə, 7 dəfə "Ulduzların oyunu”nda çıxış edən Treysi dizlərinin xroniki zədəsindən əziyyət çəkirmiş. Basketbolçu bununla bağlı NBA telekanalına verdiyi müsahibədə belə deyib: "Dizlərimin ağrısı əvvəlki formamı bərpa etməyə imkan vermirdi. Düşünürdüm ki, bu əzabdan yaxa qurtarmaq üçün qadağan olunmuş preparatlar qəbul edim. Lakin son anda qərarımı dəyişdim. İdman karyeramı ləkələmək istəmədim”.
Qeyd edək ki, Makqredi bu ilin yayında karyerasını başa çatdırıb. Maraqlıdır ki, o, 2010-cu ildən başlayaraq hər il ayrı-ayrı klublarda çıxış edib. Bu idmançının sonuncu klubu "San-Antonio” olub. 2011-ci ildə Çin klublarının birində oynayan Treysi sonrakı illərdə "Orlando” və "Hyuston” komandalarında mübarizə aparıb.