Beynəlxalq dərəcəli futbol hakimi Anna Paula Oliveyranı hakimliklikdən azad ediblər. Buna səbəb onun "Playboy” jurnalı üçün çəkdirdiyi şəkillər olub.
Türkiyənin "Hürriyət” qəzetinin yazdığına görə, xanım hakimin bu hərəkətindən qeyzlənən Braziliya Futbol Konfederasiyasının rəhbərliyi Oliveyranın beynəlxalq matçlarda fit çalmasını yasaq edib.
Qeyd edək ki, xanım Oliveyra idarə etdiyi hər matç üçün 500 avro qonarar aldığı halda, "Playboy” jurnalı onun üçün şəkillərə görə 225 min avro ödəyib. Belə çıxır ki, maddi təminat xanım ədalət təmsilçisini daha çox maraqlandırır.