Formula 1 üzrə 2009-cu ilin çempionu olan Censon Batton Ginnesin rekordlar kitabına düşüb. 43 yaşlı britaniyalı pilot BATAK trenajorunda reaksiyalar, periferik görmə və koordinasiya üzrə dünya rekordunu yeniləyib. Məlumat üçün bildirək ki, bu qurğuda pilotlar və digər idmançılar öz bacarıqların nümayiş etdirirlər. Batton bu sınaqda 58 toxunuşa 30 saniyə ərzində səhvsiz toxunub. O, 4 il əvvəl ən yaxşı göstəriciyə malik olan iranlı Arşe Şərhiyarini qabaqlayıb. Həmin vaxt Şəhriyari 56 fərqli hərəkəti səhvsiz icra etmişdi.
«Hər zaman yeni nailiyyətlər əldə etmək arzusundayam. Ginnesin rekordlar kitabında artıq mənim də adım olacaq. Formula 1-də bir sıra qeyri-rəsmi rekordumu 20 əvvəl əldə etmişdim.İndi 20 il keçib. Artıq bu rəsmidir», - deyə C.Batton bildirib.