FİFA-nın Nizam-İntizam Komitəsi Zimbabve milli komandasının futbolçusu Çafu Devona Taitambunu cəzalandırıb. Qurumun rəsmi saytının yaydığı məlumata görə, buna səbəb onun anti-dopinq qaydalarına riayət etməməsidir.
Belə ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində çıxış etdiyi bir oyundan sonra yoxlanışdan keçən Taitambunun qanında qadağan olunmuş maddə aşkarlanıb. Futbolçu cari ilin avqustun 30-dan verilən 6 aylıq cəzasını çəkməyə başlayacaq.
Qeyd edək ki, cəza müddətində Taitambu yığma ilə yanaşı, klubu "Dinamos Xarare”nin də heyətində çıxış edə bilməyəcək.