Martın 9-dan 12-dək Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları təşkil olunacaq. Milli Gimnastika Arenasında keçiriləcək yarışda ölkəmizi dörd idmançı təmsil edəcək. Turnirdə Samirə Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonov medallar uğrunda mübarizə aparacaqlar. Qeydiyyat siyahısına əsasən, yarışlarda rekord sayda - 49 ölkədən 170 idmançının iştirakı gözlənilir. Dörd gün davam edəcək yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.
Dünya kubokunda ölkəmizi 4 gimnast təmsil edəcək