Bədii gimnastlarımız Fransada 6 medal qazanıblar

Bədii gimnastlarımız Fransada 6 medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycanın yığma komandasının üzvü Zöhrə Ağamirova Fransanın Tiye şəhərində keçirilən 34-cü Beynəlxalq Qran-pri yarışında gürzlərlə qızıl, halqa və topla hərəkətlərin icrasında isə gümüş medallara layiq görülüb. Gimnastımız çoxnövçülük proqramında da gümüş mükafat qazanıb.

Böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina isə 3 lent və 2 topla gümüş, 5 halqa ilə hərəkətlərin icrasında bürünc medala sahib olub.