Bu ilin may-iyun aylarında Bakı şəhərində AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında III Caspian Cup beynəlxalq turniri keçiriləcək. Turnirdə iştirakla bağlı növbəti təsdiq məktubu AFFA-ya Amerika Birləşmiş Ştatları Futbol Federasiyasından göndərilib.
Beləliklə, müvafiq yaş qrupundan ibarət ABŞ yığması III Caspian Cup beynəlxalq turnirində iştirak edəcək.