“Zirvə Astara”dan inamlı qələbə

“Zirvə Astara”dan inamlı qələbə

Azərbaycan Basketbol Liqasında XXVII turun oyunlarına start verilib. Turun açılış oyununda play-offdan kənarda qalmış "Neftçi" və "Zirvə Astara" komandaları üz-üzə gəliblər.

Görüş Astara basketbolçularının 103:90 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun "Sərhədçi" - "Sabah", "Gəncə" - "NTD" və "Olimpik Şəki" - "AAAF Xırdalan" oyunları müvafiq olaraq, aprelin 20-də, 22-də və 23-də baş tutacaq.