Basketbol Liqası: "Gəncə" liderliyi ələ keçirdi 

Basketbol Liqası: "Gəncə" liderliyi ələ keçirdi 

Azərbaycan Basketbol Liqasında XXVIII tura start verilib. Turun açılış oyununda "Gəncə" "Sərhədçi"nin qonağı olub. Qarşılaşma pley-off mərhələsinə vəsiqəni təmin etmiş Qərb təmsilçisinin 102:85 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 48-ə çatdıran "Gəncə" liderliyə yüksəlib. 42 xalı olan "Sərhədçi" isə 5-ci pillədə qalıb.