Bakıda keçiriləcək Avropa çempionatının loqosu təqdim olunub

Bakıda keçiriləcək Avropa çempionatının loqosu təqdim olunub

18 yaşadək oğlan basketbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatının C divizionunun loqosu təqdim olunub. Loqotipin ilkin görünüşü Azərbaycan bayrağında öz əksini tapmış aypara və səkkiz guşəli ulduzu xatırladır.

Loqoda qızıl ayparanın ənənəvi Azərbaycan zərgərlik sənətinə xas olan Qarabatdağ boyunbağısına bənzədilməsi və içərisində səkkizguşəli ulduzun olduğu topun orta dairədən qızıl aypara boyunca yuxarıya doğru fırlanması müşahidə edilir.

Basketbolun əsas özəyini təşkil edən topun qırmızı rəngdə olması isə məhz Azərbaycana xas olan xromatik xüsusiyyətdir.

Qeyd edək ki, Avropa çempionatıiyulun29-dan avqustun6-dək təşkil olunacaq.