Stefano Dominikali: “Bakı trası Formula 1 mərhələləri arasında çox populyardır”

Stefano Dominikali: “Bakı trası Formula 1 mərhələləri arasında çox populyardır”

Formula 1-in icraçı direktoru Stefano Dominikali  Azərbaycan Qran-prisinin 2026-cı ilə qədər davam etməsi ilə bağlı fikirlərini bildirib. “Bakı trası Formula 1 mərhələləri arasında çox populyardır. Bu şəhər halqasında təşkil oluna yürüşlər Formula 1 həyəcanını artırır. Son dövrlərdə Azərbaycan paytaxtında təşkil olunan  yürüş diqqət mərkəzində qalmaqdadır. Çox sevinirik ki, bu əməkdaşlığımız daha bir neçə il davam edəcək. ”