Azərbaycan Qran Prisi: F1 pilotları ilə “Fan Forum” təşkil olunub

Azərbaycan Qran Prisi: F1 pilotları ilə “Fan Forum” təşkil olunub

2023-cü il Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 1 pilotlarının iştirakı ilə “Fan Forum” baş tutub. Yarış həftəsi zamanı Formula 1 azarkeşlərinin həyəcanla gözlədikləri pilotlarla görüş - Fan Forum Dənizkənarı Bulvar ərazisində yerləşən Fanzonada keçirilib. Burada yerləşən səhnədə təşkil olunan sessiyada dünya şöhrətli F1 pilotları avtoidman həvəskarları ilə görüşüb. Komandalar üçün ayrılmış 20 dəqiqə ərzində azarkeşlər səhnədəki F1 ulduzlarını yaxından görmək imkanı əldə ediblər.
Cümə və şənbə günü keçirilən tədbirdə bütün F1 komandaları - "Alpha Tauri", "Williams" "Ferrari", "Haas", "Red Bull", "Mercedes", "Alpine", "Mclaren", "Aston Martin" və "Alfa Romeo" komandalarının pilotları iştirak ediblər.