Basketbol Liqasında final oyunlarının təqvimi açıqlandı

Basketbol Liqasında final oyunlarının təqvimi açıqlandı

Azərbaycan Basketbol Liqasının final seriyasında oyunların vaxtı müəyyənləşib. Federasiyadan verilən məlumata görə, finalda üz-üzə gələcək "Sabah" və "Gəncə" komandalarının ilk oyunu mayın 20-də "Sərhədçi" İdman Mərkəzində keçiriləcək. Final seriyasının 2-ci görüşü mayın 22-də, 3-cü matçı isə mayın 24-də eyni arenada təşkil olunacaq. Yarışın qaydalarına əsasən super seriyada ən tez üç qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu adına sahib çıxacaq. Bundan əlavə, mayın 19-da NTD və "AAAF Xırdalan" komandaları arasında bir oyundan ibarət 3-cü yer uğrunda qarşılaşma keçiriləcək. Çempionatın bütün oyunları saat 19:30-da start götürəcək.