Astarada keçiriləcək beynəlxalq turnirin qrupları və təqvimi müəyyənləşdi

Astarada keçiriləcək beynəlxalq turnirin qrupları və təqvimi müəyyənləşdi

3x3 basketbol üzrə dünya qadın seriyasında Astara mərhələsinin qrupları və təqvimi müəyyənləşib. Yarışda 12 komanda 4 qrupda mübarizə aparacaq.

A qrupunda Almaniya, Misir, Ukrayna, B qrupunda Çin, Çexiya və Avstriya, C qrupunda Polşa, “Yuanda” klubu (Çin), Azərbaycan, D qrupunda isə Rumıniya, Macarıstan və "Neftçi" klubu yer alıb.

Reqlamentə əsasən, ilk iki yeri tutmuş kollektivlər dörddəbir final mərhələsinə vəsiqə qazanacaqlar. Astara mərhələsinin açılış oyunu mayın 20-də saat 12:40-da Almaniya və Ukrayna seçmələri arasında baş tutacaq.

Azərbaycan yığmasının ilk matçı saat 13:30-da Polşa millisinə, "Neftçi" klubunun oyunu isə saat 13:55-də Rumıniya seçməsinə qarşı olacaq.