Cüdoçularımz Qran-pri turnirində mübarizəyə başlayırlar

Cüdoçularımz Qran-pri turnirində mübarizəyə başlayırlar

Bu gün Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-Pri turnirinə start veriləcək. 3 gün davam edəcək turnirdə 72 ölkədən 450-dən artıq cüdoçu qüvvəsini sınayacaq. Yarışda Azərbaycan cüdoçuları da tatami üzərinə çıxıblar. Turnirin birinci günündə yeddi cüdoçumuz - Nazir Talıbov, Əhməd Yusifov (hər ikisi 60 kq), Kamran Süleymanov (66 kq), Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) mübarizəyə başlayacaq.