Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşov Almaniyanın "Kayzerslautern” klubunun ikinci komandasında növbəti oyununu keçirib. Hücumçumuz Regional Liqanın 13-cü turu çərçivəsində "Maynts”la oyunda meydana çıxıb.
Rüfət Dadaşov oyunun 83-cü dəqiqəsində meydana daxil olub. Qarşılaşma isə 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, azərbaycanlı hücumçunun komandası hazırda 22 xalla 4-cü yerdə qərarlaşıb.
Yeri gəlmişkən, millimizin digər üzvü Əli Gökdəmirin çıxış etdiyi "Hannover-96”nın ikinci komandası isə "Verder”i qəbul edib. Qarşılaşma "Hannover”in 9:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü meydana start heyətində çıxıb. O, 90 dəqiqə mübarizə aparmaq şansı qazanıb.
Qeyd edək ki, Gökdəmirin komandası hazırda 17 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.