Azərbaycan Respublikasının İndoneziyadakı səfirliyinin təşəbbüsü Cakartada akkreditə olunmuş xarici ölkələrin səfirlikləri arasında mini futbol üzrə "Jacarta cup” çempionatı keçirilib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş turnirdə İndoneziya Xarici İşlər Nazirliyinin, ASEAN Katibliyinin, ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Yaponiya və digər ölkələrin səfirliklərinin komandaları iştirak ediblər. Final oyununda İspaniya səfirliyinin komandasına qalib gələn Azərbaycan diplomatları çempionatın qalibi olublar. Çempionat başa çatdıqdan sonra ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar təntənəli tədbir keçirilib.