"Əziz Şuşa” beynəlxalq velosiped yarışınında ikinci gün

"Əziz Şuşa” beynəlxalq velosiped yarışınında ikinci gün

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı davam edir.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkil etdiyi turnirin ikinci mərhələsi Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından start götürüb.

Velosipedçilər bu dəfə 176,2 kilometr məsafə qət edərək Qəbələ - Şəki - Qəbələ marşrutu ilə hərəkət edəcəklər.