Millimiz Avropa Kubokuna Serbiyada hazırlaşır

Millimiz Avropa Kubokuna Serbiyada hazırlaşır

3x3 basketbol üzrə milli komandamız Serbiyanın Novi Sad şəhərində təlim-məşq toplanışında iştirak edir. Zədə səbəbindən bir müddət komandanın düşərgəsindən ayrı qalan kapitan Amil Həmzəyev də məşqlərə başlayıb. Təlim-məşq toplanışının keçirilməsində əsas məqsəd iyunun 17-18-də Kiprin Limassol şəhərində təşkil olunacaq Avropa Kubokunun seçmə mərhələ oyunlarına hazırlaşmaqdır. Qeyd edək ki, millimiz Avropa Kubokunun seçmə mərhələsində A qrupunda yerli Kipr, Lüksemburq və Malta yığmaları ilə mübarizə aparacaq.

Yığmamız komanda hazırlıq prosesini iyunun 15-də yekunlaşdıracaq.