Karateçimiz beynəlxalq turnirin qalibi oldu

Karateçimiz beynəlxalq turnirin qalibi oldu

İyunun 17-18-də Gürcüstanın Batumi şəhərində karate üzrə açıq beynəlxalq turnir keçirilib. On ölkənin iştirak etdiyi beynəlxalq turnirdə milli komandamızın üzvləri də qüvvələrini sınayıblar. İkinci dan qara kəmər sahibi, dünya çempionu tituluna sahib olan idmançımız - 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ülvi Məmmədov keçirdiyi iki döyüşün hər birini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, qələbəsini Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edib.