Hollandiyanın "Tvente” klubunun baş məşqçisi Mişel Yansen Amsterdamın "Ayaks” klubu ilə matçdan sonra həkimə getməli olub. Belə ki, Hollandiya çempionatının 10-cu turu çərçivəsində keçirilən görüşdə komandasının rəqib qapısına vurduğu qolu bayram edən baş məşqçi dişsiz qalıb. Yansenin köməkçisi Yuri Malder sevincdən əl-qol atarkən özü də bilmədən baş məşqçinin çənəsinə yumruq ilişdirib və onun dişi düşüb.
Qeyd edək ki, "Tvente”- "Ayaks” komandalarının oyunu heç-heçə başa çatıb -1:1.