İrina Zaretska erməni rəqibinə qalib gələrək III Avropa Oyunlarının medalnı təmin etdi

İrina Zaretska erməni rəqibinə qalib gələrək III Avropa Oyunlarının medalnı təmin etdi

Polşada üçüncü Avropa Oyunları çərçivəsində keçiriən karate yarışları davam edir. Bu gün daha 4 karateçimiz mübarizəyə başlayıb. Təmsilçilərimizdən İrina Zaretska (68 kq) ilk görüşdə ukraynalı Qalina Melniki (5:0) üstələyib. Dünya və Avropa çempionumuz növbəti görüşdə erməni rəqibi Anita Makyana (8:0) qalib gələrək yarımfinala yüksəlib. Titullu karateçimiz ardıcıl ikinci qalibiyyət sayəsində III Avropa Oyunlarının minimum bürünc medalını təmin edib. 27 yaşlı karateçimiz qrupda son görüşünü ispaniyalı İzabel Nyetoya qarşı keçirəcək.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:10-da başlayacaq.

Qeyd edək ki, İrina Zaretska Bakı-2015-də qızıl, Minsk-2019-da isə gümüş medal qazanıb.