Ukraynalıları mükafat gözləyir

Ukraynalıları mükafat gözləyir

Ukrayna milli komandasının üzvləri və məşqçilər korpusu 2 milyon dollar mükafat qazana bilər. Amma bu pulu qazanmaq üçün ukraynalılar Fransa millisini məğlub etməldirlər. Futbol üzrə dünya çempionatına vəsiqə verəcək həlledici oyun 15 noyabrda keçiriləcək. Birinci görüş Ukraynada, cavab qarşılaşması isə noyabrın 19-da Parisdə təşkil ediləcək. Onu da deyək ki, 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə əldə edən hər bir yığma komanda FİFA tərəfindən 8 milyon dolllar mükafat alacaq.