Karateçilər açıq turnirdə bir araya gəliblər

Karateçilər açıq turnirdə bir araya gəliblər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş karate üzrə “Arpaçay” karate klubunun açıq turniri keçirilib. Turnirdə minə yaxın idmançı iştirak edib.

Tədbiri Azərbaycan Karate Federasiyalar Assosiasiyasının prezidenti Ülvi Quliyev açaraq ulu öndər Heydər Əliyevin dövlətimiz üçün misilsiz xidmətlərindən danışıb.

O, turnirin əhəmiyyətindən söhbət açıb, həmçinin lll Avropa Oyunlarında qalib gələn idmançılarımızı təbrik edib.

Daha sonra YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək bütün idmançılara uğurlar arzulayıb.

Sonda “Arpaçay” klubunun rəhbəri Yavər Hüseynov çıxış edərək turnirin açılış mərasiminə gələn qonaqlara öz təşəkkürlərini bildirib.