Ronaldu saç düzümünə Messidən çox pul xərcləyir

Ronaldu saç düzümünə Messidən çox pul xərcləyir

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Yozef Blatter deyib ki, "Barselona”nın forvardı Lionel Messini 2013-cü ilin ən yaxşı futbolçusu seçərdi, hərçənd "Real”ın hücumçusu Kriştianu Ronaldu da buna layiqdir.
Xarici kütləvi informasiya vasitələri Blatterin bununla bağlı sözlərini yayıblar: "Messi yaxşı oğlandır. Hər bir komanda onu öz heyətində görmək istərdi. O, çox çevikdir və sanki rəqs edərək futbol oynayır. Ronaldu komandirə bənzəyir, lakin saç düzümünə başqalarından çox pul xərcləyir. Hər ikisi xoşuma gəlir, lakin mən Messiyə üstünlük verirəm”.
Xatırladaq ki, son dörd ildə "Qızıl top”a layiq görülmüş argentinalının, habelə portuqaliyalının adları ilin Ən yaxşı oyunçusu mükafatına namizədlərin qısa siyahısında yer almışdır. Milli yığmanın məşqçiləri və kapitanları, habelə mətbuat nümayəndələri arasında səsvermənin yekunlarına görə qalibin adı yanvarın 13-də Sürixdə elan ediləcək. FİFA-nın prezidenti bu məsələ ilə bağlı öz fikirlərini bildirdiyini bəyan edib. Dünyanın ən yaxşı futbolçusu da elə ilin yekunlarına görə Qızıl top alan oyunçu olacaqdır.