"Neftçi"nin növbəti rəqibləri müəyyənləşdi

"Neftçi"nin növbəti rəqibləri müəyyənləşdi

İyunun 27-28-də Fransanın Puatye şəhərində 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi keçiriləcək.

Bu mərhələdə "Neftçi" A qrupunda Kanada və İtaliya yığmaları ilə mübarizə aparacaq. Komandamız qrupda ilk oyununu Bakı vaxtı ilə saat 19:30-da Kanada seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.