İngiltərənin səviyyəcə ikinci divizionu olan "Championship”də "Börnli” - "Kuins Park Reyncers” oyununda (2:0) maraqlı hadisə baş verib. Belə ki, qarşılaşmanın hakimi meydan sahiblərinin talismanı olan arı Bertini stadiondan qovub. Oyun anlarından birində Berti hərəkətlə hakimə eynək lazım olduğunu işarə edib. Referi "Championship”in lideri "Börnli”nin talismanının zarafatını qəbul etməyib və onu stadiondan qovub.