Belçikalı qadın basketbolçular Avropa çempionu oldular

Belçikalı qadın basketbolçular Avropa çempionu oldular

Belçikanın qadın basketbol komandası İspaniya yığmasını məğlub edərək ilk dəfə Avropa çempionatının qalibi olub.

Lyublyanada keçirilən görüş 64:58 hesabı ilə Belçika yığmasının xeyrinə başa çatıb. Həmin gün üçüncü yer uğrunda oyunda Fransa yığması Macarıstan komandasını 82:68 hesabı ilə məğlub edib.

Belçika millisi tarixdə ilk dəfə Avropa çempionu olub, İspaniya yığması bundan əvvəl dörd dəfə turnirin qalibi adını qazanıb.

Çempionat bu il Lyublyana və Tel-Əvivdə keçirilib.