“Neftçi”nin rəqibləri müəyyənləşdi

 “Neftçi”nin rəqibləri müəyyənləşdi

“Neftçi”nin 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının “Netanya” mərhələsindəki rəqibləri bəlli olub. Azərbaycan təmsilçisi iyulun 2-3-də İsrailin Netanya şəhərində keçiriləcək turnirdə Niderland, Litva və Macarıstanın “Qyor” klubu ilə birlikdə B qrupunda mübarizə aparacaq. “Neftçi” ilk oyununu iyulun 2-də Bakı vaxtı ilə saat 18:25-də Niderland seçməsinə qarşı keçirəcək. 

Qeyd edək ki, qruplarında birinci yeri tutan komandalar yarımfinala, ikinci və üçüncü pillənin sahibləri isə 1/4 finala vəsiqə qazanacaqlar.