Avropa çempionları Bakıda

Avropa çempionları Bakıda

İspaniyada keçirilən U-20 Avropa çempionatında ölkəmizi təmsil edən sərbəst güləş üzrə millimiz Vətənə qayıdıb.

İdmançılarımız Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşqu ilə qarşılanıb. Qarşılanma mərasimində mətbuat nümayəndələri, idman ictimaiyyəti və idmançıların yaxınları iştirak ediblər.

Qeyd edək ki, ölkəmizi İspaniyada keçirilən U-20 Avropa çempionatında sərbəst güləş üzrə millimiz 2 qızıl, 1 gümüş, 3 bürünc medal qazanaraq, komanda hesabında Avropa çempionu olublar.