Azərbaycan Basketbol Federasiyası qitənin ən güclüləri arasında yer alıb

Azərbaycan Basketbol Federasiyası qitənin ən güclüləri arasında yer alıb

 

Azərbaycan Basketbol Federasiyasının 2022/23 mövsümündən etibarən 3x3 qadın basketboluna göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi, Beynəlxalq Basketbol Federasiyasının (FIBA) yeni açıqlanmış reytinq cədvəlində öz əksini tapıb. Belə ki, 3x3 basketbol üzrə qadın millimizin Dünya Qadın Seriyasındakı mütəmadi iştirakı və "Neftçi" klubunun Şuşa və Netanya mərhələlərində qazandığı uğurlar sayəsində, Azərbaycan Basketbol Federasiyası reytinq sıralamasında Avropa üzrə 10-cu, dünya üzrə isə 16-cı pillədə qərarlaşıb.