Azərbaycan çempionatında ikinci gün

Azərbaycan çempionatında ikinci gün

İyirmi üç yaşadək kişi və qadın cüdoçular arasında Azərbaycan çempionatı davam edir. Yarışın ikinci günündə 80 idmançı medallar uğrunda mübarizə aparacaq. Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda kişilər arasında 66, 81, 100, qadınların mübarizəsində isə 52 və 63 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Azərbaycan çempionatının final görüşləri İdman TV kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, ilkin görüşlər saat 11:00-da, final görüşləri isə 17:00-da keçiriləcək.