Çempionlar Liqasında cavab oyunlarına start verilir

Çempionlar Liqasında cavab oyunlarına start verilir

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

İlk oyun günündə 8 qarşılaşma təşkil olunacaq. "Qarabağ"ın II raunddakı potensial rəqiblərindən olan Polşanın "Rakuv" klubu ilə Estoniya "Flora"sı ikincilərin meydanında üz-üzə gələcəklər. İlk matçda polşalılar minimalhesablı qələbə qazanıblar - 1:0.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
18 iyul

19:00. “Struqa” (Şimali Makedoniya) - “Jalgiris” (Litva)

İlk oyun - 0:0

21:00.“Flora” (Estoniya) - “Rakuv” (Polşa)

İlk oyun - 0:1

21:00.“Makkabi” (Hayfa, İsrail) - “Hamrun” (Malta)

İlk oyun - 4:0

21:00. "Şerif" (Moldova) - "Farul" (Rumıniya)

İlk oyun - 0:1

22:00. BATE (Belarus) - “Partizani” (Albaniya)

İlk oyun - 1:1

22:00.TNS (Uels) - "Haken" (İsveç)

İlk oyun - 1:3

22:00.“Zrinski” (Bosniya və Herseqovina) - “Urartu” (Ermənistan)

İlk oyun - 1:0

23:15. "Breydablik" (İslandiya) - "Şemrok Rovers” (İrlandiya)

İlk oyun - 1:0

Qeyd edək ki, digər cavab matçları iyulun 19-da keçiriləcək.