“Neftçi” - “Spartak”: keçmiş rəqiblər yenidən üz-üzə

“Neftçi” - “Spartak”: keçmiş rəqiblər yenidən üz-üzə

“Neftçi” Rusiya toplanışını bu gün baş tutacaq yoxlama oyunu ilə başa vuracaq. Paytaxt klubu bu gün Moskvada "Spartak"la  gücünü sınayacaq. “Otkrıtiye Bank Arena”da təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Komanda sabah - iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.