Avropa birinciliyi üçün heyət açıqlandı

Avropa birinciliyi üçün heyət açıqlandı

İyulun 26-dan avqustun 3-dək Rumıniyanın paytaxtı Buxarestdə yaşı 20 və 23-dək olan gənclər arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi keçiriləcək. Yarışda 34 ölkədən 450 atlet (204 qadın və 246 kişi) iştirak edəcək. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulacaqlar. Belə ki, turnirdə ölkəmizi U-20 yarışlarında Rahilə Hüseynzadə (87 kq), Əli Şükürlü (109 kq), U-23 kateqoriyasında isə Əvəz Tağıyev (55 kq), Ömər Cavadov (73 kq) və Füqan Əliyev (81 kq) təmsil edəcəklər.